Dumanlı hava nəqliyyatın hərəkətində problemlər yaradıb

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib




Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi son günlər paytaxtda müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib. Qurumun ictimaiyyətlə əlaqələr bölməsinin inspektoru, polis leytenantı Elvin Məmmədli APA-ya açıqlamasında bildirib ki, paytaxtın Yeni Günəşli, Əhmədli, Yeni Yasamal və digər ərazilərində müşahidə olunan dumanlı hava şəraiti nəqliyyatın hərəkətində bəzi problemlər yaradıb: "Bu səbəbdən də hər hansı hadisənin baş verməməsi və təhlükəsizlik baxımından sürücülər avtomobillərini idarə edərkən diqqətli olmalıdırlar. Dumanlı havalarda sürücülərdən avtomobillərində duman üçün nəzərdə tutulmuş işıqlardan istifadə etmələri tövsiyə olunur. Belə havalarda sürücüləri şəxsi nəqliyyat vasitəsindən mümkün qədər istifadə etməməyə, onları ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyə çağırırıq".

AzNews.az