Masallıda iki maşın toqquşdu - Yaralılar var

Masallıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, rayon ərazisində baş verən hadisə zamanı 01-BC-270 dövlət nömrə nişanlı, "VAZ 2106" markalı avtomobil ilə 10-XV-829 dövlət nömrə nişanlı, "Merсedes" markalı avtomobil toqquşub.

Nəticədə rayonun Hişkədərə kənd sakini, 1987-ci il təvəllüdlü Aqil Novruzəli oğlu Bədəlov və Şərəfə kənd sakini, 1999-cu il təvəllüdlü Orxan Ağa oğlu Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar təcili yardım maşını ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az

image description image description