Ötən iki gün ərzində Şamaxı rayonuna yağan güclü leysan yağışından sonra əmələ gələn sel suları təsərrüfatın ayrı-ayrı sahələrinə ziyan vurub. Ötən iki gün ərzində Şamaxı rayonuna yağan güclü leysan yağışından sonra əmələ gələn sel suları təsərrüfatın ayrı-ayrı sahələrinə ziyan vurub.

Sel körpünü dağıtdı, maşını apardı

Ötən iki gün ərzində Şamaxı rayonuna yağan güclü leysan yağışından sonra əmələ gələn sel suları təsərrüfatın ayrı-ayrı sahələrinə ziyan vurub.

APA-nın yerli bürosunun xəbərinə görə, əvvəlcə rayonun dağlıq ərazilərinə dolu düşüb, sonra küləklə müşahidə olunan leysan yağışı yağıb. Pirsaat, Ağsuçay və Girdiman çaylarında suyun səviyyəsi xeyli qalxıb. Təbii fəlakət zamanı rayonun Ərçivan, Pirqulu, Nağaraxana, Qaleybuğurd, Dəmirçi kəndlərində tərəvəz və taxıl sahələrinə, meyvə bağlarına ziyan dəyib, elektrik dirəkləri aşıb, naqillər qırılıb, əhaliyə elekrik enerjisinin verilişi dayanıb. Küləyin təsiri nəticəsində dam örtüyü dağılan evlər və içəridəki əşyalar yağış suyunun altında qalıb.

Pirsaat çayına gələn güclü sel Ərçivan kənd sakinlərinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin kəsilməsinə səbəb olub. Sel suları çayın üzərindəki istifadəyə yararsız olan körpünü tamamilə dağıdıb. Kənd sakini "Tofaş" markalı minik avtomobili ilə çayın içərisindən keçərkən sel onun avtomobilini aşıraraq daşlara çırpıb və 200 metr aralı aparıb. Yaxınlıqdakı insanların köməyi ilə sürücü sel sularından xilas edilib. Əzilərək yararsız hala düşən avtomobil çaydan çıxarılıb. Kənd sakinlərinin sözlərinə görə, yağış yağanda Pirsaat çayı üzərində körpü olmadığına görə insanların çayın içərisindən keçərək Ərçivan kəndinə gediş-gəlişi çətinləşir.

AzNews.az