Sabirabadda baş verən yol-nəqliyyat hadisəsi zamanı bir ailənin 3 üzvü və daha bir nəfər ağır xəsarətlər alıb. Sabirabadda baş verən yol-nəqliyyat hadisəsi zamanı bir ailənin 3 üzvü və daha bir nəfər ağır xəsarətlər alıb.

Yol qəzasında 4 nəfər xəstəxanalıq oldu

Sabirabadda baş verən yol-nəqliyyat hadisəsi zamanı bir ailənin 3 üzvü və daha bir nəfər ağır xəsarətlər alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 13.00 radələrində Sabirabad rayonunun Qaratoğay kəndində qeydə alınıb.

Sabirabad rayonunun Güdəcühür kənd sakini, 1980-ci il təvəllüdlü Abbasov Ramil Soltanəli oğlunun idarə etdiyi “Mercedes” markalı, 10 XH 058 dövlət nömrə nişanlı avtomobil Qaratoğay kənd sakini, 1980-ci il təvəllüdlü Nuriyev Səbuhi Samid oğlunun idarə etdiyi VAZ 21015 markalı, 54 BX 814 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Nəticədə hər iki sürücü və “VAZ 21015” markalı avtomobildə olan sərnişinlər - 2010-cu il təvəllüdlü Nuriyeva Sərvin Səbuhi qızı və 1956-cı il təvəllüdlü Yaqubova Gülnaz Yaqub qızı xəsarət alaraq Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

AzNews.az