Bu gün Samux rayonunda çayda meyiti tapılan şəxsin kimliyi məlum olub. Bu gün Samux rayonunda çayda meyiti tapılan şəxsin kimliyi məlum olub.

Arvadını öldürərək qaçan kişinin meyiti Kürdə tapıldı

Bu gün Samux rayonunda çayda meyiti tapılan şəxsin kimliyi məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, onun Kəlbəcər rayonundan olan məcburi köçkün, 1967-ci il təvəllüdlü, Göygöl rayonunda məskunlaşan Ələsgərov Firudin Əlif oğlu olduğu bildirilir.

F. Ələsgərov bu il mayın 10-da 1973-cü il təvəllüdlü arvadı Laləzar Abdullayevanı öldürərək qaçıb və o zamandan axtarışda olub.

AzNews.az