Qaxda iki uşaq anası intihara cəhd edib. Qaxda iki uşaq anası intihara cəhd edib.

Gənc qadın intihara cəhd etdi

Qaxda iki uşaq anası intihara cəhd edib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, mayın 7-dən 8-ə keçən gecə Qax rayonu Qaratala kəndində anadan olan və Üzümlü kəndinə gəlin köçən 1998-ci il təvəllüdlü Kəmalə Vəzir qızı Cəfərova zəhərlənmə əlamətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə daxil olub.

MRX-dan bildirilib ki, Kəmalə Cəfərova bilinməyən səbəbdən müxtəlif adda bir-neçə dərman həbi qəbul edib. Həkimlərin müdaxiləsindən sonra Kəmalə Cəfərovanın vəziyyəti stabilləşib.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.

AzNews.az