Araz çayında batdığı ehtimal olunan şəxsin cəsədi tapılıb. Araz çayında batdığı ehtimal olunan şəxsin cəsədi tapılıb.

Arazda batan İmişli sakininin cəsədi tapılıb

Araz çayında batdığı ehtimal olunan şəxsin cəsədi tapılıb.

16.06.2018-ci il tarixində Araz çayının İmişli rayonunun Göbəktala kəndi ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 180 km aralı, nəzarətsiz ərazidə) batdığı ehtimal olunan 1983-cü il təvəllüdlü İmanov Nizaməddin Kamal oğlunun axtarışları başa çatıb.

N.İmanovun cəsədi Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib(trend).