Bu gün səhər saatlarında Bakı metrosunun hərəkətində problem yaranıb. Bu gün səhər saatlarında Bakı metrosunun hərəkətində problem yaranıb.

Bakı Metropolitenində qatarların hərəkətində problem yarandı

Bu gün səhər saatlarında Bakı metrosunun hərəkətində problem yaranıb.

Bu barədə AzNews.az-a “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, "Həzi Aslanov-Dərnəgül" xəttinin avtomotik idarəetmə sistemində problem yarandığından qatarlar əllə idarəetmə sisteminə keçib:

“Stansiyada avtomatik idarəetmə sistemində nasazlıq yaranıb. Metroda ehtiyat tədbirlər planı olur. Belə olan halda qatarla əllə idarəetmə sisteminə keçir. "Azadlıq prospekti" stansiyasina kimi qatarlar normal interval qrafiki ilə işləyib. Amma həmin stansiyada bəzi qatarların sərnişinləri boşaldılıb və geri qaytarılıb. Saat 09:21-də problem tamamilə aradan qaldırılıb".

Bahar RÜSTƏMLİ
AzNews.az