Biləsuvarda minik və yük avtomobili toqquşub, nəticədə iki nəfər ölüb, iki nəfər yaralanıb. Biləsuvarda minik və yük avtomobili toqquşub, nəticədə iki nəfər ölüb, iki nəfər yaralanıb.

Azərbaycanda ağır qəza - Ölənlər var

Biləsuvarda minik və yük avtomobili toqquşub, nəticədə iki nəfər ölüb, iki nəfər yaralanıb.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun 103-cü km-də, rayonun Xırmabdalı kəndi ərazisində baş verib.

VAZ markalı minik avtomobil ilə "Suzuki" markalı yük maşınının tioqquşması zamanı minik maşınında olan Cəlilabad rayon sakinləri - 1992-ci il təvəllüdlü Rəşad Əlizadə oğlu Həsənov və 1987-ci il təvəllüdlü Saməddin Vaqif oğlu İsmayılov ölüb. Digər iki nəfər - 1987-ci il təvəllüdlü Şəhriyar Azad oğlu Cananov və 1992-ci il təvəllüdlü Əli Sahib oğlu Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə FHN-in xilasediciləri cəlb olunub. Onlar deformasiyaya uğramış minik avtomobilində qalan meyitləri və yük maşınında olan yaralını çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az