Fövqəladə Hallar Nazirliyi Mingəçevir İES-də baş verən növbəti yanğınla bağlı məlumat yayıb. Fövqəladə Hallar Nazirliyi Mingəçevir İES-də baş verən növbəti yanğınla bağlı məlumat yayıb.

FHN Mingəçevir İES-in transformatorunda baş verən yanğınla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi Mingəçevir İES-də baş verən növbəti yanğınla bağlı məlumat yayıb.

AzNews.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, bu gün saat 08:25-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində “Azərbaycan İES” MMC-nin ərazisində yanğın olması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri saat 08:28-də hadisə yerinə çatıb.

Yanğın zamanı cərəyan transformatorlarından birinin açarı, sarğıları və ətrafa dağılmış 400 m² sahədə transformator yağı yanıb. Digər transformatorlar yanğından mühafizə olunub.

Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.