Ucarda orta məktəb müəlliməsinin intiharının təfərrüatı məlum olub. Ucarda orta məktəb müəlliməsinin intiharının təfərrüatı məlum olub.

Müəllimənin intihar təfərrüatı: “Son vaxtlar davranışları dəyişmişdi...”

Ucarda orta məktəb müəlliməsinin intiharının təfərrüatı məlum olub.

Şilyan kənd sakinlərindən birinin AzNews.az-a verdiyi məlumata görə, özünü öldürən Tahirə Saleh qızı Nağıyevanın səhhətində heç bir problem olmayıb:

“Nümunəvi bir müəllim, gözəl özəl ailə başçısı olub. Bir qızı və bir oğlu var. Qızını köçürüb, oğlunu da evləndirib. Həyat yoldaşı da çox sakit bir adamdır. Bir sözlə, kənddə söz-söhbətsiz bir ailə idilər. İntihar hadisəsi hamını heyrətə gətirib. Müəmmalı ölümdür. Kənd sakinləri onun bu hərəkətinə hələ də inana bilmirlər.
Ancaq Tahirə müəllimənin son vaxtlar davranışları dəyişmişdi, nasaz, kefsiz kimi görsənirdi”.

Qeyd edək ki, Ucar rayonunda intihar hadisəsi baş verib. Rayonun Şilyan kənd sakini 1954-ci il təvəllüdlü Tahirə Saleh qızı Nağıyeva özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən ot ipi ilə asaraq intihar edib.

Bahar RÜSTƏMLİ
AzNews.az