İsmayıllı sakini yük avtomobilindən yıxılaraq ölüb

İsmayıllı rayonunda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Lahıc qəsəbə sakini, 1967-ci il təvəllüdlü Allahyarov Məmmədağa Məhəmməd oğlu yük avtomobilinə ot yığarkən ehtiyatsızlıq edib və avtomobilin üstündən yerə yıxılıb.

Ağır kəllə-beyin travması alan M.Allahyarov təcili tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasınının reanimasiya şöbəsinə çatdırılsa da, orada ölüb.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.