Sumqayıtda ikimərtəbəli mağazada güclü yanğın baş verib

Sumqayıtda yanğın baş verib.

APA-nın FHN-in saytına istyinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində, 14-cü məhəllədə yerləşən ikimərtəbəli mağazanın dam örtüyündə yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Məlumata görə, yanğın "Bərəkət" mağazasında baş verib.

image description image description