Bu günün hava proqnozu

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaqdır. Səhər və axşam bəzi yerlərdə duman olacağı gözlənilir.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 14-19° isti, bəzi yerlərdə 21°-dək isti olacağı gözlənilir.

Bakıda gecə 5-7° isti, gündüz 17-19° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcəkdir. Nisbi rütubət gecə 80-90 faiz, gündüz 55-65 faiz təşkil edəcəkdir.

Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz olacaqdır. Lakin axşam bəzi yerlərdə az yağış yağacağı ehtimalı vardır. Havanın temperaturu gecə 1-6° isti, gündüz 14-19°, bəzi yerlərdə 23°-dək isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz hava müşayət olunacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaqdır. Lakin axşam bəzi yerlərdə az yağış yağacağı ehtimalı vardır. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 8-13°, bəzi yerlərdə 16°-dək isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz hava gözlənilir. Lakin axşam bəzi yerlərdə az yağış yağacağı ehtimalı vardır. Havanın temperaturu gecə 0-5° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaqdır. Lakin axşam bəzi yerlərdə az yağış yağacağı ehtimalı vardır. Havanın temperaturu gecə 0-5° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 8-13° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında da yağmursuz hava şəraiti gözlənilir. Səhər bəzi yerlərdə duman olacaqdır.
Havanın temperaturu gecə 3-8° isti, gündüz 15-20° isti, bəzi yerlərdə 24°-dək isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz olacaq. Səhər dağlarda duman olacaqdır. Havanın temperaturu gecə 4-8° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 12-17° isti olacağı gözlənilir.


AzNews.az