Hacıbala Abutalıbova qarşı aclıq aksiyası - ETIRAZ

Şeyx Əbdül: “Bu yolda öldü var, döndü yoxdu”



Şeyx Əbdül Mahmudbəyovla Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov arasında gedən mülk davası davam edir.

Evi başına uçurulan və etdiyi müraciətlərin heç birinə müsbət cavab ala bilməyən sənətkar bunun çarəsini deyəsən, tapıb. Bu barədə AzNews.az-a açıqlama verən Ə.Mahmudbəyov həftəsonu aclıq aksiyasına başlayacağını dedi:

"Ya Allah Hacıbala Abutalıbova verər, ya da mənə. Etdiyim şikayətlərin heç birinə baxmırlar. Ona görə də bu yolda öldü var, döndü yoxdu. Prezident Aparatının qarşısında aclıq aksiyasına başlayacam və tələbim yerinə yetməyənə kimi aclığı dayandırmayacam. Lazım gəlsə evim, ailəm uğrunda ölməyə belə hazıram. Bütün media, QHT-ləri ora yığacam. Qoy bütün dünya bilsin ki, Azərbaycanda mer sənətkarın evini başına uçurub".

Bahar Rüstəmli
AzNews.az