“Qarasu Oil” də bədbəxt hadisə

Şirvan şəhər Mərkəzi Xəstəxanasının növbətçi hissəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, bu gün saat 16.30 radələrində Şirvan şəhərində fəaliyyət göstərən "Qarasu Oil" Əməliyyat Şirkətinin fəhləsinin üzərinə boru düşüb. Hacıqabul rayonu Ə.Vahid küçəsi 17 ünvanında yaşayan 1973-cü il təvəllüdlü Sarıyev Aydın Xalıq oğlu neft quyusunda yük boşaldan zaman boru onun üzərinə düşüb. Nəticədə o, ağır vəziyyətdə pnevmotoraks (plevral boşluqda döş qəfəsinin divarı və ağ ciyər arasında döş qəfəsinin və ya ağ ciyərin travmasıyla bronx budaqlarından birinin zədələnməsi nəticəsində havanın əmələ gəlməsi) diaqnozu ilə Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az