Azərbaycanda nisbətən sərin hava şəraiti davam edəcək Azərbaycanda nisbətən sərin hava şəraiti davam edəcək

Sərin hava şəraiti davam edəcək

Azərbaycanda nisbətən sərin hava şəraiti davam edəcək




Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, aprelin 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən, yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi saniyədə 8-13 metr sürətlə əsəcək.

Gündüz küləyin sürəti arabir 15 metrədək güclənəcək. Gecə 7-9, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

Aprelin 13-də hava əsasən yağmursuz olacaq. Axşam havanın tutulacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal küləyi saniyədə 8-13 metr sürətlə əsəcək. Gündüz küləyin sürəti arabir 15-20 metrədək güclənəcək.
Gecə 6-9, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 12-13-də hava əsasən yağmursuz keçəcək. Lakin aprelin 12-də axşam və aprelin 13-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə küləyin sürəti arabir 15-20 metrədək güclənəcək. Gündüz 10-24 dərəcə isti olacağı gözlıənilir. Aran rayonlarında 24 dərəcəyədək isti olacaq, bəzi yerlərdə isə temperatur 26 dərəcəyə kimi yüksələcək.

Dağlarda isə gündüz 9-18, gecə 0-6 dərəcə isti proqnozlaşdırılır.

AzNews.az