Hərbiçilər qəzaya düşdü: 4 ölü, 9 yaralı- Yenilənib

Qubada hərbiçilər qəzaya düşüb:4 nəfər ölüb, 9 nəfər yaralanıb

Bu gün Quba rayonunda hərbçiləri daşıyan hərbi maşın qəzaya düşüb.

APA-nın Şimal bürosunun verdiyi məlumata görə, hadisə nəticəsində "N" saylı hərbi hissənin 4 hərbi qulluqçusu ölüb, 9 hərbçi xəsarət alıb. Yaralılar Quba rayon mərkəzi xəstəxanasına gətirilib. Hadisənin təfərrüatları araşdırılır.

*** 9: 44
Bu gün səhər saatlarında Qubada dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, ilkin məlumata görə, Daxili Qoşunlara məxsus olduğu bildirilən "Ural" markalı maşının Atuc kəndi yaxınlığında dərəyə yuvarlanması
nəticəsində azı 3 nəfər ölüb.

Quba rayon Mərkəzi Xəstəxanasından RTV-yə verilən məlumata görə, yaralılardan ikisinin vəziyyəti ağırdır.

AzNews.az