Sabiq daxili işlər naziri saxlanılması haqda danışıb Sabiq daxili işlər naziri saxlanılması haqda danışıb

“Kimi təhqir eləmişəm?“- İsgəndər Həmidov

Sabiq daxili işlər naziri saxlanılması haqda danışıb




Mayın 29-da Bakı çayxanalarından birində tutularaq bir neçə saat sonra sərbəst buraxılan sabiq daxili işlər naziri İsgəndər Həmidov "Media forum" saytına danışıb. Gözünü bağlayıb naməlum istiqamətə aparıldığını deyən İ.Həmidov Daxili İşlər Nazirliyinin hansısa idarəsinə gətirildiyini hiss etdiyini bildirib.

"Mənə dedilər ki, dünən mitinqdə çıxış edib təhqir işlətmisən. Dedim ki, elə şey yoxdur, sübut edin, nəyi, kimi təhqir eləmişəm? Dedilər ki, demisən fahişələrə xalq artisti adı verirlər, şərəfsizlər "Şərəf" ordeni alır. Mən də adlarla dedim ki, filankəslər "Şərəf" ordeni almayıb? Adları çəkdim.

Dedilər ki, növbəti mitinqdə belə çıxış eləmə. Dedim ki, növbəti mitinqdə bundan da sərt çıxış edəcəm. Məni sorğu-sual edən vaxt gözlərim açılmışdı. Məndən izahat alan adam təcrübəli, işini bilən adama oxşayırdı. Sorğu-sual qurtardıqdan sonra isə məni tutulduğum yerə qaytardılar", - deyə o vurğulayıb.

AzNews.az