Bu günlərdə 6 yaşını qeyd edən Qaynar.info xəbər portalı oxucularına daha bir yenilik təqdim edir Bu günlərdə 6 yaşını qeyd edən Qaynar.info xəbər portalı oxucularına daha bir yenilik təqdim edir

Sayt yenilik etdi

Bu günlərdə 6 yaşını qeyd edən Qaynar.info xəbər portalı oxucularına daha bir yenilik təqdim edir




Azərbaycanın internet mediasında ilk dəfə olaraq, Qaynar.info-da yayımlanan bütün xəbərlərin dərhal səsli versiyasını da dinləmək imkanı yaradılıb.

Bunun üçün hər bir xəbərin içində yer alan "Səsləndir" düyməsini tıklamaq yetərlidir. Bundan əlavə, xəbərləri MP3 fayl kimi yükləmək imkanı da mövcuddur.

Sayt yeni xidməti "Dilmanc" sisteminin texniki dəstəyi ilə həyata keçirir. Bu layihə xüsusən də gözdən əlillər üçün əvəzsiz olacaq. Onlar bu xidmət vasitəsi ilə ölkə və dünya gündəmindən anında xəbər tuta biləcəklər.

AzNews.az