1 günə 3 intihar hadisəsi- Şəmkirdə

Şəmkir rayonunda 3 intihar hadisəsi baş verib


Şəmkir Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə İrmaşlı kəndində qeydə alınıb. 1951-ci il təvəllüdlü Hikmət Cahangir oğlu Nağıyev özünü asaraq intihar edib.

Digər hadisə isə Dəllər qəsəbəsində baş verib. Qəsəbə sakini, 1978-ci il təvəllüdlü Ceyhun Saleh oğlu Abbasov özünü asıb.

Başqa bir hadisə isə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb. 1997-ci il təvəllüdlü Aynur Nizami qızı Dilmanlı özünü asaraq intihar edib.

Hər üç faktla bağlı araşdırma aparılır.

AzNews.az