“Son zəng“ günü 16 yaşlı qız özünü öldürdü

Azərbaycanda hüzn dolu intihar olub."Son zəng" günü məzun qız özünü öldürüb.

Dəhşətli hadisə bu gün səhər saatlarında Şəmkir rayonunun Çinarlı qəsəbəsində baş verib. Rayon Prokurorluğundan aldığımız məlumata görə, 16 yaşlı Aynur Bilmanlı həyatının ən yaddaqalan günündə həyatına qəsd edib.

Məktəb yoldaşlarının onu səbirsizliklə gözlədikləri vaxt onun meyitini yaşadığı evin həyətində asılmış vəziyyətdə valideyni tapıb.

A.Bilmanlının özünə qəsd etməsinin səbəbi bilinmir. Bu barədə oxucuları məlumatlandırmağa çalışacağıq. Hazırda rayon prokurorluğu dəhşətli hadisənin səbəbini araşdırır. //milli.az//

AzNews.az