- Köhnə - Hadisə
- 11 İyun 2013 09:45
- 2 538
Hökumətdən AzərTAC-la bağlı qərar
Nazirlər Kabineti “Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAC) işçilərinin əməyinin ödənilməsi şərtlərinin və ştat sayının tənzimlənməsi haqqında" qərara dəyişiklik edib.
Hökumətin qərarı ilə Azər TAC-ın ştat sayı artırılaraq 217-dən 221-ə çatdırlıb.
Əlavə 4 ştat vahidinin saxlanılması xərcləri dövlət büdcəsində Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) üçün təsdiq edilmiş göstəricilərin müvafiq xərc maddələrində nəzərdə tutulmuş vəsait dairəsində həyata keçiriləcək.
Qərarı baş nazir Artur Rəsizadə imzalayıb.
Elnarə
AzNews.az