- Köhnə - Hadisə
- 13 İyun 2013 15:05
- 2 083
Hillari Klintonun adı seks qalmaqalında
Sabiq xarici işlər naziri Hillari Klinton vəzifə başında olduğu zaman nazirliyin seks və narkotiklə bağlı məlumatları gizlətdiyi bildirilir. Belə ki, ABŞ-ın CBS News xəbər saytının ABŞ Xarici İşlər Nazirliyinin daxili yazışmalarına istinadən yaydığı məlumatlarda səkkiz hadisənin necə ört-basdır edilməsindən bəhs olunur.
Ən təəccüblüsü isə ABŞ-ın Brüssel səfiri Hovard Gutmanın yetkinlik yaşına çatmayan uşaqlar və fahişələrlə seks iddiasıdır. Sənədlərə görə, bu diplomatik vəzifəni daşıyan şəxsin parkda, cəmiyyətin gözləri qarşısında sekslə məşğul olması haqda iddia qaldırılıb və istintaq başladılıb.
Amma, sonradan Nazirlik tərəfindən istintaqın dayandırılması haqda göstəriş verilib.
Başq bir iddiaya görə isə Livanın paytaxtı Beyrutdakı ABŞ səfirliyində çalışan yüksək səlahiyyətlinin xarici mühafizəçilərə təcavüz etdiyi iddia olunur.
Elman
AzNews.az