Bakı şəhərinin Yasamal rayonu ərazisində daha bir intihar hadisəsi baş verib. Bakı şəhərinin Yasamal rayonu ərazisində daha bir intihar hadisəsi baş verib.

Bakıda daha iki nəfər intihar edib

Bakı şəhərinin Yasamal rayonu ərazisində daha bir intihar hadisəsi baş verib.




Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Alatava qəsəbəsi ev 2 ünvanında 1974-cü il təvəllüdlü Qayıblı Fərman Böyükağa oğlu özünü asaraq intihar edib. Onun meyiti yaşadığı mənzildən tapılıb.

Oxşar hadisə Suraxanı rayonunda da baş verib. Şərq yaşayış massivi yaxınlığında, "Lukoil" YDM-nin qarşısındakı yarımtikilidə 30-35 yaşlı kişi özünü asaraq intihar edib.

Hər iki faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar aparılır.

AzNews.az