Azərbaycan kanallarının “Türksat”da yayımı dayandırılacaq

İyulun 1-dən Azərbaycan paketinə daxil olan TV və radio kanallarının "Türksat 3A" peyki üzərindən yayımı dayandırılacaq.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyindən bildiriblər ki, Azərbaycan paketinə daxil olan televiziya və radio kanalları "Azerspace 1∕ Africasat-1a", "460 E" peykinə keçirilib.

Hazırda paketə daxil olan TV və radio kanallar (AzTV, İdman Azərbaycan, Mədəniyyət TV, İctimai TV, ATV İnt., Xəzər TV, Azad Azərbaycan TV) "Azerspace 1∕ Africasat 1a" peykindən yayımlanır.//anspress//

AzNews.az