Elmar Məmmədyarov Litva səfirini qəbul edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Litva Respublikasının Azərbaycandakı səfiri Arturas Jurauskası qəbul edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov qonağı salamlayaraq Litvanın Avropa İttifaqında sədrliyə başlaması münasibətilə təbrikini çatdırıb.

Görüşdə Azərbaycan və Litva arasında münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub.

Səfir Litvanın Aİ-də sədrliyi zamanı prioritet istiqamətlərin "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq, gənclərlə iş, informasiya-texnologiyaları və enerji sahələrinin olacağını söyləyib.

E. Məmmədyarov Azərbaycan-Aİ əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətini qeyd edərək bu əməkdaşlığın strateji səviyyədə olduğunu bildirib.

AzNews.az