- Köhnə - Hadisə
- 5 İyul 2013 11:52
- 2 221
“Elmlər Akademiyası”ndakı eskalatorlardan biri təmirə dayandırılır
Metropolitenin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, bu tədbir iyulun 8-dən etibarən həyata keçiriləcək.
Təmirlə əlaqədar metropolitenin birləşmiş emalatxanaları hazırlıq prosesini başa çatdırmaq üzrədir. Elektromexanika xidmətinin eskalator distansiyasının rəisi Elçin İsmayılov stansiyanın daim gərgin iş rejimində çalışdığını bildirib: "Lakin bu, qaçılmaz addımdır. Sərnişinlərin marağı nəzərə alınaraq, təmir stansiya yükünün qismən azaldığı dövrə - iyul-avqust aylarına salınıb. Təmir 3 aya qədər davam edəcək. Lakin birləşmiş emalatxanalar xüsusi rejimdə çalışmaqla işləri vaxtından əvvəl qurtarmağa çalışacaq".
Qeyd edək ki, eskalatorun əsaslı təmiri sentyabrın 25-dək başa çatdırılmalıdır.
AzNews.az