- Köhnə - Hadisə
- 9 İyul 2013 14:03
- 3 563
31 yaşlı gənc suda boğuldu - Cəlilabadda
Anspress-in verdiyi məlumata görə, hadisə rayonun Fərzili kəndində yerləşən su bəndində baş verib. Cəlilabad rayon Zopun kənd sakini 31 yaşlı Yasər Yavər oğlu Nuruyev iki qohumu ilə birlikdə qonşu Fərzili kəndinə öz təsarüüfatında saxladığı qoyunlarını yumaq məqsədilə gəlib. Lakin su bəndinin bir tərəfindən o biri tərəfinə üzmək istəyən Yasər Nuruyev qəfildən suda batıb.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.
AzNews.az