- Hadisə
- 01:45
- 2 152
Bakı-Qazax yolunda qəza - Ölən var
Bakı-Qazax magistaralında ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AzNews.az xəbər verir ki, hadisə yolun Goranboy rayonunun Sarovlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Goranboyun Azad kənd sakini, 2003-cü il təvəllüdlü İlkin Cəfərov idarə etdiyi “VAZ-2107” markalı avtomobili marketlərdən birinin dəmir hasarına çırpıb.
Qəza nəticəsində sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin, Azad kənd sakini 2006-cı il təvəllüdlü Cavad Əliyev isə ağır bədən xəsarətləri alıb.
Yaralı dərhal Gəncə şəhər Abbas Səhhət adına Birləşmiş Xəstəxanasına çatdırılıb.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.