Cəzaçəkmə müəssisəsinə spirtli içki keçirilməsinin qarşısı alınıb

1 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyanın keçirilməsinin qarşısı alınıb.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1961-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 213.2.2 maddəsi ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Yaşar Əlibala oğlu Kərimovun yanına qısa müddətli görüşə gəlmiş oğlu Əli İslam Yaşar oğlu Kərimovun gətirdiyi sovqata baxış keçirilən zaman 2 ədəd "Bonaqua" markalı plastik su qablarının içərisində spirtli içki aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

AzNews.az