- Köhnə - Hadisə
- 15 İyul 2013 08:26
- 2 418
Bir günün yol qəzası: 3 ölü, 25 yaralı
Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, qəzalar nəticəsində 3 nəfər ölüb, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ölümlə nəticələnən qəzaların 2-si Bakıda qeydə alınıb. Sabunçu rayonunda avtomobil piyadanı vuraraq öldürüb. Qaradağda isə minik avtomobilini yük maşınına çırpılması nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Bundan başqa Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində baş vermiş zəncirvarı qəza nəticəsində 1 nəfər ölüb, daha 3 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
AzNews.az