- Hadisə
- 18:44
- 1 775
Ağcabədidə arvadını öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
Ağcabədidə qətl hadisəsi baş verib.
Aznews.az xəbər verir ki, hadisə Hindarx qəsəbəsində qeydə alınıb.
1969-cu il təvəllüdlü Ayaz Səlimov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1978-ci il təvəllüdlü Nəzakət Səlimovanı öldürməkdə şübhəli bilinib.
Ayaz Səlimov saxlanılıb, faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.