Qəbələdə göldə meyit tapılıb

Qəbələ rayonu ərazisindəki göldə rayon sakininin meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 15-də Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisindəki Nohur gölündə rayon sakini Elnur Yəhyazadənin üzərində zorakılıq əlamətləri görünməyən suda boğulmuş meyiti tapılıb.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

AzNews.az