- Köhnə - Hadisə
- 23 İyul 2013 07:45
- 3 049
Gecəyarısı lift əməliyyatı
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanıb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 7-ci mərtəbəyə qaldırmış, qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 01:03-də başa çatıb.
Elnarə
AzNews.az