- Köhnə - Hadisə
- 25 İyul 2013 10:02
- 916
İmranın Berlinə aparılması üçün xüsusi təyyarə gətirilir

Məlumata görə, artıq İ. Cəfərovun ailəsinin indiyə qədər çəkdiyi xərclər dövlət tərəfindən onlara ödənilib.
Uşağın müalicəsi ilə bağlı Berlində Almaniyanın tanınmış həkimlərinin iştirakı ilə konsilium keçirilib və müalicənin "Sharite" klinikasında təşkilinə qərar verilib. Bu gün Almaniyadan gələcək xüsusi ambulans təyyarə və həkim heyəti İmran Cəfərovu Berlinə aparacaq.
Almaniyalı həkimlərin ilkin rəyinə görə, müalicənin birinci mərhələsi 28 gün davam edəcək, bu müddətdə 2-3 ilkin əməliyyat keçiriləcək.
AzNews.az