- Köhnə - Hadisə
- 31 İyul 2013 10:01
- 2 695
Günəşdə partlayış təhlükəsi - Ekspert rəyi
Bunu AzNews.az-a Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer şöbəsinin müdiri Namiq Cəlilov deyib. Şöbə müdirinin sözlərinə görə, son günlərin müşahidələri Günəşdəki alışmaların sayının azaldığını göstərir:
"Günəş öz fəallığını istənilən zaman göstərə bilər. 11 illik sikllə müqayisə etsək, hazırda enerji aktivliyi zəifdir. Amma 2013-cü ilin sonuna kimi aktivliyin artacağı gözlənilir".
N.Cəlilov 2013-cü ilin əvvəlindən Günəşin öz aktivliyinin maksimum fazasına daxil olduğunu və müəyyən dövrlərdə fəallığın azaldığını qeyd edib: "Bu faza təqribən 2013-cü ilin axırına qədər davam edəcək. 23 oktyabr 2012-ci ildə baş vermiş partlayış X2 gücünə malik idi. Bundan əvvəlki 11 illik sikldə X-güclü partlayışların sayı dörd dəfə olub. Bunlardan ən güclüsü 4 noyabr 2003 tarixində X28 olub. Bu çox nəhəng partlayış idi".
Elnarə Əlosmanqızı
AzNews.az