6 aksiyaçının işi məhkəməyə göndərildi - Yeniləndi

Avqustun 2-də islamçıların İsrail səfirliyi qarşısında keçirdiyi aksiyada 6 nəfər saxlanıb.

Daxili İşlər Nazirliyindən "Media forum"a verilən məlumata görə, aksiyada 20-yə yaxın şəxs iştirak edib: "Onlar qanunsuz aksiya keçirməyə cəhd göstərib. Dərhal ərazidə olan polis əməkdaşları qanunsuz cəhdin qarşısını alıb. Bu zaman polisin qanuni tələbinə tabe olmayan 6 nəfər saxlanaraq barələrində protokol tərtib olunub, Yasamal Rayon Məhkəməsinə göndərilib"

***
14:19
Azərbaycan İslam Partiyasının (AİP) üzvləri beynəlxalq "Qüds günü" ilə əlaqədar İsrailin Azərbaycandakı səfirliyinin inzibati binası qarşısında aksiya keçirməyə cəhd ediblər.

APA-nın məlumatına görə, aksiya iştirakçıları İsrail əleyhinə şüarlar səsləndiriblər.

Aksiyanın qarşısı polis əməkdaşları tərəfindən alınıb. Aksiya iştirakçılarından bir neçə nəfəri Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsindən APA-ya saxlanılan şəxslərin Yasamal rayonunda yerləşən polis bölmələrinə aparıldıqlarını, onların sayının isə hələ məlum olmadığını bildiriblər.