- Köhnə - Hadisə
- 6 Avqust 2013 12:53
- 2 668
Lənkəranda avtoqəza; ölən var
 
            APA-nın cənub bürosunun məlumatına görə, rayonun Xanbulan kənd sakini Əhmədağa Ağayevin idarə etdiyi "VAZ-2106" markalı avtomobil Ələt-Astara magistralının Lənkəran şəhərindən keçən hissəsində hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yolun kənarındakı hasara çırpılıb. Güclü zərbənin təsirindən sürücü aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
AzNews.az
 
                 
                             
                             
                             
                             
                             
                            