Yeni təyin olunan hakimlər fəaliyyətə başladı

Bakı Apellyasiya Məhkəməsinə yeni təyin olunmuş 14 hakim fəaliyyətə başlayıb.

APA-nın məlumatına görə, onlar Abıyeva Kəmalə Nəbi qızı, Babayev Qədim Xalid oğlu, Cəfərov Namiq Şamil oğlu, Hacıyev Sənan Firudin oğlu, Həmidov Həmid Üzeyir oğlu, Hüseynov Abiddin Qabil oğlu, Şirinov İkram Sabir oğlu, Abbasov Natiq Mehdi oğlu, Həsənov Elnur Məmmədsaat oğlu, Həsənov Vüqar Təvəkkül oğlu, İmanov Azad Nizam oğlu, Məmmədov Vüqar Kamal oğlu, Murquzov İlqar Mustafa oğlu, Talışinski Fuad Şəmsəddin oğludur.

Qərar avqustun 6-da qüvvəyə minib.

Həmin hakimlər barədə məlumat artıq məhkəmənin saytında yerləşdirilib. Növbəti həftədən onların icraatına işlər təyin ediləcək.

Qeyd edək ki, "Məhkəmələr və hakimlər haqqında" qanununa uyğun olaraq, Azərbaycan prezidentinin təqdimatına əsasən, Milli Məclisin 2 avqust 2013-cü il tarixli qərarı ilə 14 nəfər Bakı Apellyasiya Məhkəməsinə hakim təyin edilib.

AzNews.az