Dələduzluq edən şəxs saxlanıldı

Azərbaycanda 4 nəfərə qarşı dələduzluq edən şəxs tutulub.

AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Zаqаtаlа Rayon Polis Şöbəsinin əməkdаşlаrı tərəfindən dələduzluq etdiyinə görə аvqustun 6-dа tutulan Vüsal Zeynalovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində, onun, cari ilin aprel ayında Balakən rayon sakinləri Paşa Copsiyev, Əhmədulla İsaqovun, Həvva Həsənovanın və Gülnaz Atayevanın etimadlarını qazanaraq, müvafiq olaraq onlardan dа 6000, 7000, 5000 və 5000 manat pul alması müəyyən edilib.

AzNews.az