Bakı- Astara yolunda körpü çökdü: tıxac yarandı - FOTO

Bakı- Astara yolunun 171-ci kilometrliyində, Mil-Muğan kollektorunun üstündəki körpünün bir hissəsi çöküb.

AzNews.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, körpünün uçması nəticəsində Astaraya gedən yolda uzun tıxac yaranıb. Maşınlar ancaq bir-bir ərazidən keçə bilirlər. Bu da uzun növbələrə, sürücülərin mənzil başına gecikməsinə gətirib çıxarır.

Qeyd edək ki, 4 günlük bayram tətilindən sonra Bakıya qayıdanların çoxluğu da yolda vəziyyətin daha da gərginləşməsinə səbəb olub.

Azər
AzNews.az
image description image description