- Köhnə - Hadisə
- 16 Avqust 2013 11:55
- 4 298
Şuranın iclasında Misirlə bağlı bəyanat qəbul edildi
AzNews.az Azərtac-a istinadən xəbər verir ki, bəyanatda deyilir:
"Biz Misirdə davam edən nümayişlərə cavab olaraq gücdən istifadə nəticəsində insanların həyatını itirməsi və yaralanmasından təəssüflənirik. Hesab edirik ki, mülki şəxslərin həlak olması qəbuledilməzdir. Öldürülən şəxslərin ailələrinə başsağlığı veririk, eyni zamanda, yaralanan şəxslərin tam və tezliklə sağalmasını arzu edirik. Biz ölkədə barışın həyata keçirilməsinə zəruri ehtiyacın olduğunu vurğulayır və təhlükəsizlik, demokratiya və sabitliyin bərpa olunmasına çağırırıq".
AzNews.az