Yağış yağacaq

Avqustun 20-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, temperatur gecə 19-24, gündüz 25-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 30-35 dərəcə isti olacaq. Dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə təşkil edəcək.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi metrohəssas insanlar üçün əsasən əlverişlidir.

AzNews.az