- Köhnə - Hadisə
- 24 Avqust 2013 10:53
- 1 653
Uşaq qatili olan əsgərə ömürlük cəza verildi
Xatırladaq ki, Bales Qəndəhar yaxınlığındakı iki kənddə 9-u uşaq 16 Əfqan vətəndaşı öldürmüşdü. Amerikalı əsgər özünü müdafiə etməyin alçaqlıq olduğunu bildirərək üzür istəmişdi. Ancaq əfqanlar onu bağışlamayacaqlarını bildirmişdilər. Balesin məhkəməsini müşahidə edən bir əfqan, "Əgər onunla danışma şansım olsaydı, ona nədən bunu etdin, niyə günahsız insanları öldürdün? Bu insanlığa sığarmı? - deyə soruşmaq istəyərdim. Mənə soruşsanız ədalət yerini tapmadı. Yalnız ömürlük həbs verdilər. Əgər biri sizin evinizə girsə və ailənizi öldürsə, onun hansı cəzanı almasını istərdiniz?"- deyib. Zərbə nəticəsində stress pozuqluğu yaşadığı ifadə edilən amerikalı əsgər, günahını etiraf edərək edam cəzasından xilas olub.
Elman
AzNews.az