Balakəndə zəlzələ olub

Avqustun 25-də yerli vaxtla saat 06:18-də Zaqataladan 23 km şimal-qərbdə Balakəndə zəlzələ qeydə alınıb.

Trend-in Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumatda deyilir ki, yeraltı təkanlar Zaqatala və Balakəndə ocağa yaxın yaşayış məntəqələrində 3.5-3.0 bal gücündə hiss olunub.

İnsan tələfatı və tikililərdə dağıntı yoxdur.

AzNews.az