- Köhnə - Hadisə
- 30 Avqust 2013 12:25
- 5 165
Bələdiyyədə qan töküldü; Müavin komissiya sədrini xəstəxanalıq etdi - ÖZƏL
Məlumata görə, davaya səbəb N.Qubadovun bələdiyyə sədrinin imzaladığı qanunsuz əmrlərdən birinə etiraz etməsi olub. Belə ki, iclasda bələdiyyə sədri Siyanfər Əliyevi kəskin tənqid edən və onun qanunsuz əmrlərinə etiraz edən komissiya sədri N.Qubadov sədrin müavini M.Abışovun kəskin narazılığı ilə qarşılaşıb. Tərəflər arasında yaranan mübahisə qızışıb.
M.Abışov otaqda əlinə keçən böyük qıfılı N.Qubadovun başına vurub. Bunun ardınca başı qana boyanan N.Qubadovun üstünə Təcili Tibbi Yardım maşını çağırılıb. Məlumatda bildirilir ki, davada yaralanan N.Qubadov xeyli qan itirib.
Hadisə barədə ətraflı məlumat verəcəyik.
Anar
AzNews.az