Baş redaktor vəfat etdi

Azərbaycanın Astara şəhərində çıxan "Alov" ədəbi-publisistik jurnalın baş redaktoru Taarif Əsgər vəfat edib. APA-nın cənub bürosunun məlumatına görə, T. Əsgər ötən gün uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Taarif Əsgər 1952-ci ildə Astaranın Şüvi kəndində anadan olub. Ədəbi yaradıcılığa gənc yaşlarından başlayıb. Pedaqoji Universiteti bitirdikdən sonra müəllim və rayon təhsil şöbəsində metodist, "Astara" qəzeti redaksiyasında müxbir və şöbə müdiri vəzifələrində işləyib. 1990-cı illərin əvvəllərindən "Alov" ədəbi-publisistik jurnalın təsisçisi və baş redaktoru kimi çalışıb. 10-dan çox şeir kitabının müəllifi, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliklərinin üzvüdür. Mərhum doğulduğu kənddə torpağa tapşırılıb.

Allah rəhmət eləsin!