AzNews.az-a haker hücumu olub

Sentyabrın 25-dən etibarən AzNews.az xəbər portalı mütəmadi olaraq haker hücumlarına məruz qalır. Sentyabrın 28-də isə haker hücumu nəticəsində saytın fəaliyyəti ümumiyyətlə dayanıb.

Yalnız sentyabrın 29-u səhər saatlarında texniki heyətin səyləri nəticəsində saytın fəaliyyətini bərpa etmək mümkün olub. Bununla yanaşı saytın sayğacında da problemlər olduğundan sayta daxil olmalarla bağlı məlumatlar dəqiqliklə ifadə olunmur. Hazırda portalın texniki heyəti problemlərin aradan qaldırlmasına çalışsa da, bəzi provayderlerdən sayta giriş hələ də mümkün olmur. Problemin həlli və haker hücumlarını dayandırılması üçün texniki heyətin səyləri bütün qüvvəsini səfərbər edib.

Elnur
AzNews.az