Pərviz Həşimlinin şikayəti təmin edilmədi

Bu gün Bakı Apellyasiya Məhkəməsində "Bizim yol" qəzetinin əməkdaşı və "moderator.az" saytının rəhbəri Pərviz Həşimlinin apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, bir müddət əvvəl Səbail Rayon Məhkəməsində P. Həşimli barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib. Apellyasiya şikayəti həmin qərardan verilib.

P. Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.

Səbail Rayon Məhkəməsində P.Həşimli barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

AzNews.az